“Google” SZ qalmaqalından sonra etik kodeks üzərində işləyir

2018/05/4684365135_1527774566.jpg
Oxunub: 1728     00:52     01 İyun 2018    
“Google” şirkətinin Pentaqonun “Maven” layihəsi ilə əlaqəyə girməsinə qarşı şirkətin işçiləri böyük etiraz edib və layihədən çəkilmə tələbi irəli sürmək məqsədilə petisiya başladıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bütün bu olanlardan sonra texnologiya kompaniyası müdafiə və kəşfiyyat kontraktlarına dair qərarların alınması üçün etik kodeks üzərində işləyir.

Şirkətin icraçı direktoru Sundar Piçai bildirib ki, yeni prinsiplər süni zəkanın silah layihələrində istifadəsinin qarşısını alacaq. Lakin o, bu prinsiplərin praktikada necə tətbiq ediləcəyinə dair fikir səsləndirməyib.

Qeyd edək ki, “Google” ABŞ ordusu ilə işləyən yeganə texnologiya şirkəti deyil. “Amazon”un da Pentaqonla yaxından əməkdaşlıq etdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Google   Etik-kodeks   Maven  


Bizi "telegram"da izləyin