Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bir əsgər tərəfindən qeydə alınan videoda tüfəngin gözlənilmədən atəş açmağa başladığı müşahidə edilib.
Əsgər avtomat karabini “yarı” və “avto” arasına yerləşdirərək tətiyi sıxsa da, ondan atəş açmaq mümkün olmur.
QQ-nin Tank-avtomat və Silahlanma Komandanlığı problemlə bağlı ilk dəfə həmin vaxt xəbərdar olub. Qeyd edək ki, M4A1 daha öncə Xüsusi Təyinatlı Qüvvələr tərəfindən istifadə edilib, hazırda isə QQ-nin əsas tüfənglərindən biri hesab olunur.
Ağalar Ağalarlı
Ordu.az