Ordu.az xarici “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusuna yaxın adı çəkilməyən mənbə bildirib.
Mənbənin sözlərinə görə, Hindistanın Müdafiə Tədqiqatı və Təkmilləşdirmə Təşkilatının yerli tank əleyhinə raket istehsal etməsi qarşıdakı üç ilə planlaşdırılıb. Həmin vaxta qədər isə orduda olan boşluğu “Spike” raketləri ilə doldurmaq nəzərdən keçirilir.
İddiaya görə, satınalma layihəsi artıq son mərhələdədir və sadəcə Hindistan hökumətinin təsdiqi gözlənilir. İsrailin “Rafel” Qabaqcıl Müdafiə Sistemləri şirkəti tərəfindən istehsal edilən həmin raketlərə dair sifarişin bu il ərzində verilməsinin mümkün olduğu bildirilir. “Rafael”in mətbuat katibi də potensial müqavilənin müzakirə edildiyini söyləyib, lakin əlavə detallara varmayıb.
Qeyd edək ki, uzun proseslərdən sonra Hindistan bu ilin yanvar ayında “Spike” raketlərinin alınmasına dair 500 milyon dollar dəyərində müqaviləni ləğv etdiyini elan edib.
Ağalar Ağalarlı
Ordu.az