Əfqanıstan TQ Dəşt-i-Kalaya nəzarəti bərpa edib

2018/05/54684684_1527773121.jpg
Oxunub: 1538     21:33     31 May 2018    
Əfqanıstanın təhlükəsizlik qüvvələri Təkhar vilayətinin şimalındakı Dəşt-i-Kala rayonunu yenidən azad edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat katibi polkovnik Əbdül Xəlil Asir bildirib.

Onun sözlərinə görə, bölgə cəmi bir neçə saat “Taliban”ın nəzarəti altında qalıb. Lakin əlavə dəstəklə birlikdə təhlükəsizlik qüvvələri bölgəni qiyamçıların əlindən geri alıb.

Təxminən 8 saat davam edən qarşıdurma nəticəsində təhlükəsizlik qüvvələrindən 5 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

“Taliban”ın itkiləri isə daha çoxdur. Belə ki, qiyamçılardan azı 20 nəfər həlak olub və ya yaralanıb, daha 10 nəfər isə ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin