Ordu.az “Al Jazeera”ya istinadən xəbər verir ki, hücum nəticəsində öldürülən polisin maşını ələ keçirilib və daha bir neçə hərbi zabit yaralanıb.
Məkkənin 70 kilometr şərqində yerləşən hərbi bazada çıxan qarşıdurmada təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı ilk olaraq yol hərəkətini tənzimləyən polis nəfərinə hücum edilib. Yaralanan polisin silahı və xidməti maşını oğurlanıb. Polis aldığı xəsarətdən həlak olub.
Daha sonrakı atışma nəticəsində hücum edənlərdən biri yaralanıb və ələ keçirilib. İkincisi isə aradan çıxmağa nail olub.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsə də, daha öncə İŞİD ölkədə hərbi obyektlərə hücum çağırışı edib.
Ağalar Ağalarlı
Ordu.az