“Orbital” ABŞ və Avstraliya üçün 271 anti-radar raketi hazırlayacaq

2018/05/4684684_1527769780.jpg
Oxunub: 2652     20:30     31 May 2018    
“Orbital ATK” ABŞ donanması və Avstraliya hökuməti ilə yüksək sürətli radar əleyhinə raket istehsalı müqaviləsi imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 171 milyon dollardır. Müqavilə çərçivəsində 271 ədəd AGM-88E raketi istehsal olunacaq.

AGM-88E ortamənzilli hava-yer raketidir. O əsasən ABŞ və İtaliya ordusunun sifarişi ilə istehsal edilir. Onun əsas vəzifəsi düşmənin müdafiəsini hədəf almaq və yer-hava radar sistemlərindən elektron ötürməni dayandırmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orbital-ATK   Avstraliya   ABŞ  


Bizi "telegram"da izləyin