Ordu.az “Teleqram” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Biz ordunun silahlanması və modernləşməsinə böyük yatırımlar edirik. Qoşunlar müasir hərbi texnika, ekipirovka və idarəetmə sistemləri ilə təchiz edilir. Belarus silahlanma yarışında iştirak etməyə, gərəksiz silahlar almağa hazırlaşmır”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, bununla belə dünyadakı hərbi-siyasi vəziyyət hazırda təhlükəsizliyə ciddi diqqət göstərilməsini tələb edir və Belarus buna uyğun olaraq lazım gəldiyi qədər vəsait xərcləməyə hazırdır.
Ağalar Qəribov
Ordu.az