Donbasda Ukrayna hərbi texnikası məhv edilib – VİDEO
Oxunub: 3967
15:12
31 May 2018
Ukraynanın şərqində - Donetsklə təmas xətti yaxınlığındakı Qorlovka şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi texnika məhv edilib.
Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, görüntülər “Ophidian Asp” adlı izləyici tərəfindən sosial şəbəkələrdə ictimailəşdirilib.
Qeyd olunur ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsilə qeydə alınıb və onlarda Ukrayna Silahlı Qüvvələrinə məxsus iki BMP və bir yük maşının vurulması görünür.
Bununla belə, Birləşmiş Qüvvələr Əməliyyatı qərargahı hələlik bu məlumata şərh verməyib.