Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında ATƏT-in Xüsusi Monitorinq Missiyasının Ukraynadakı rəhbəri Ərturul Apakan bəyan edib.
“2018-ci ilin başlanmasından ATƏT Donbasda atəşkəsin 100 min dəfə pozulduğunu qeydə alıb. Bunun nəticəsi olaraq 107 dinc sakin həlak olub. Qeyd etmək istəyirəm ki, atəşkəs rejimini davamlı və pozulmaz etmək üçün təcili tədbirlərin görülməsi zəruridir”, - deyə Apakan bildirib.
O qeyd edib ki, bütün tərəflər Minsk müqavilələrinə riayət etməlidir və bunun üçün yeni cəhdlərin həyata keçirilməsi mühümdür.
Ağalar Qəribov
Ordu.az