HƏMAS: İsraillə atəşkəsə nail olunub

2018/05/456456_1527664818.jpeg
Oxunub: 2078     15:18     30 May 2018    
İsraillə yenidən atəşkəs rejiminə qayıtmaq barədə qərar qəbul edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HƏMAS hərəkatı məlumat yayıb.

Məlumata görə, gecə saatlarında tərəflər qarşılıqlı şəkildə bir-birinin mövqelərini atəşə tutduqdan sonra HƏMAS atəşkəsi bərpa etmək qənaətinə gəlib.

Qeyd edək ki, ötən gecə ərzində HƏMAS İsrailin cənub bölgələrini atəşə tutub, cavab olaraq isə İsrail Hərbi Hava Qüvvələri Qəzzanın şimal bögələrinə zərbələr endirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail   Atəşkəs  


Bizi "telegram"da izləyin