Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumat Erebuni hərbi komissarlığından yayılıb.
Onun ailənin yeganə oğlan övladı olmaqla yanaşı, özündən kiçik bacısının olduğu bildirilir. 1 ildir hərbi xidmətdə olan Qriqoryanın ailəsi isə sosial cəhətdən ağır şəraitdə yaşayır və valideynləri işsizdir.
Xatırladaq ki, mayın 20-də saat 11:00 radələrində işğal altında olan Qarabağın cənub istiqamətindəki qanunsuz hərbi hissələrindən birinin müdafiə zolağında naməlum səbəblərdən 1999-cu il təvəllüdlü Hamlet Qriqoryan aldığı odlu silah yarasından ölüb.
Hazırda, intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.
Alpər Mövludoğlu
Ordu.az