Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda 1999-cu il təvəllüdlü erməni hərbi qulluqçu Hamlet Norayr Qriqoryanın meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az