Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə naziri Ceyms Mettis səsələndirib
Jurnalistlərin suallarını cavablayan Mettis bildirib ki, bu müharibənin necə başlayacağını bilməsə də, iki rəqib arasındakı artan gərginlik müharibənin yaxınlaşmasından xəbər verir.
“Dəqiq olaraq nə vaxt və harada olacağından əmin deyiləm. Amma mən bunun baş verə biləcəyini artıq görürəm”, - deyə Pentaqon rəhbəri bildirib.
O, gərginliyin artmasına səbəb kimi isə İranın bölgədə fəaliyyət göstərən Hizbullahla əlaqələrini davam etdirməsini göstərib.
Ağalar Ağalarlı
Ordu.az