Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.
“Ukraynanın NATO hərbi-siyasi blokuna mümkün daxil olmas məsələsi hələ müzakirə açıqdır. Kiyev Alyansa daxil olmaq üçün çox şey etməlidir”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, daha öncə Ukrayna prezidenti Petro Poroşenko Ukrayna-NATO komissiyasının egidası altında milli proqramı təsdiqləyib və qeyd edib ki, bu, Kiyevin Alyansa qoşulmasını təmin edən addımlardan biridir.
Ağalar Qəribov
Ordu.az