Ordu.az “Fox News” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cənubi Karolinadan olan senatoru Lindsi Qrem bəyan edib.
“Donald Tramp KXDR və Çini ciddi şəkildə dəyişikliklərə hazır olduğuna inandırdı. Biz hələ məqsədə nail olmamışıq, lakin əgər bu baş versə, Tramp sülh üzrə Nobel mükafatına layiq görülməlidir”, - deyə Qrem bildirib.
Senator əlavə edib ki, KXDR-in cəmi iki yolu var: o, ya normal ölkə olmalıdır, yaxud da ABŞ zərbələrinə hazırlaşmalıdır.
Ağalar Qəribov
Ordu.az