“Reuters”: KXDR nüvə poliqonu işlək ola bilər

2018/04/468988556456_1524897297.jpg
Oxunub: 3360     14:34     28 Aprel 2018    
ABŞ kəşfiyyatı hesab edir ki, KXDR-in Pxungeridəki poliqonu hələ də istifadə üçün yararlıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

“Pxungeridəki poliqonun istifadəyə yararsız olması barədə fikirlər irəli sürmək üçün əsas yoxdur. Kompleks bir sıra geosiyasi çaxnaşmalara baxmayaraq hələ də istifadə oluna bilər. Mantap dağları ərazisindəki zəlzələlər isə sentyabr ayında keçirilən sınaqlarla əlaqədar ola bilərdi. Hətta poliqonda tunellərdən bir neçəsi aşsa belə, digər yararlı tunellər var”, - deyə məlumatda qeyd edilir.

Həmçinin vurğulanır ki, zədəli ərazilərin bərpası çox qısa zamanda həyata keçirilə bilər. KXDR ordusunda tikinti briqadalarının peşəkarlığı və sayını nəzərə aldıqda isə bu yetərincə real görünür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-poliqonu  


Bizi "telegram"da izləyin