Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texiki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev bəyan edib.
O qeyd edib ki, dünyanın 10-a yaxın ölkəsi hazırda Rusiyada S-400 zenit raket kompleksinin alınmasına maraq göstərir. Bu, ilk növbədə Şimali Afrika və Yaxın Şərq ölkələridir.
“S-400-lərin təchizatına dair marağın böyük olmasına baxmayaraq hələlik müqavilənin imzalanmasından danışmaq tezdir”, - deyə Şuqayev bildirib.
Ağalar Qəribov
Ordu.az