Rusiya ələ keçirilən ABŞ “Tomohavk”larını nümayiş etdirilib - FOTOLAR

2018/04/1456456_4573987218.jpg
Oxunub: 2289     21:17     25 Aprel 2018    
“Rusiya Müdafiə Nazirliyi ABŞ-ın aprelin 14-də Suriyaya endirdiyi zərbələr zamanı hava hücumundan müdafiə kompleksləri ilə zərərsizləşdirilən “Tomohavk” raketlərini nümayiş etdirib”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələri Baş Qərargahı Baş Operativ İdarəsinin rəhbəri Sergey Rudskoy bəyan edib.

“Ələ keçirilən qanadlı raket fraqmentləri idarə olunan zenit raket kompleksləri ilə vurulan hissələrdir. Onların bucaq və aqreqatlarında seriya nömrələri, vaxt, istehsalçı firmanın adı və s. kimi məlumatlar var. Mütəxəssislər heç bir çətinlik çəkmədən onların hansı ölkəyə aid olduğunu təyin edə bilərlər”, - deyə Rudskoy bildirib.

O qeyd edib ki, Suriyada iki ədəd “Tomohavk” və yüksək dəqiqlikli aviasiya raketi Moskvaya gətirilib və onlar üzərində mütəxəsislər araşdırma aparırlar.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   Tomohavk  


Bizi "telegram"da izləyin