“Rusiya Suriyaya S-300-lər verməyib” – MƏNBƏ

2018/04/Moscow-Delivery-of-S-300-air-defence-systems-to-Tehran234234_1524659909.jpg
Oxunub: 3638     20:33     25 Aprel 2018    
“Rusiyanın Suriyaya S-300 zenit raket komplekslərini təhvil verməsi barədə məlumat həqiqətə uyğun deyil”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindən olan mənbələr məlumat yayıb.

“Daha öncə Rusiyanın Suriyaya S-300 zenit raket kompleksi verməsi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar həqiqətə uyğun deyil”, - deyə mənbə bildirib.

Qeyd edib ki, hazırda Suriya ordusunun həm Sovet istehsalı, həm də müasir “Pantsir” kompleksləri var və bu komplekslər özlərini Suriyaya raket zərbələrinin endirilməsində effektiv şəkildə nümayiş etdirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   S-300   Suriya  


Bizi "telegram"da izləyin