Rusiya Müdafiə Nazirliyi Türkiyədə baş tutacaq “Avrasiya Aviaşousu 2018” nümayişində iştirak edəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayiş 25-29 aprel tarixlərində Antalya Beynəlxalq aeroportunda keçiriləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında baş tutacaq nümayişdə Rusiya özünün hava və havadan müdafiə sistemlərini nümayiş etdirəcək. Rusiya hərbi texnikalarının nümayişini “JSC Rosoboronexport” kompaniyası təşkil edəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya-Türkiyə
Antalya