Rusiya Türkiyə üçün S-400-lərin istehsalına başayıb

2018/04/2399169143453_1524654727.jpg
Oxunub: 2285     19:11     25 Aprel 2018    
“Rusiya Türkiyə üçün nəzərdə tutulan S-400 zenit raket sistemlərinin istehsalı üzrə işləyə başlayıb”.

Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə S-400-lərin istehsalını həyata keçirən “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixeyev bəyan edib.

O qeyd edib ki, Rusiya tərəfi artıq istehsal üzrə işləri həyata keçirir, lakin işlərin hansı mərhələdə olması barədə bir söz deməyib.

“İstehsal mərhələsində tsikl və mərhələlər var. Hər şey razılaşdırılıb, nəzərdə tutulan formada öhdəlikləri yerinə yetirəcəyik”, - deyə Mixeyev bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Türkiyə   S-400  


Bizi "telegram"da izləyin