Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”nin Havicanın azad edilməsi briqadasının rəhbəri Vəsfi əl-Assi bildirib.
“İŞİD terrorçuları yarımhərbi qoşunların Kərkükün qərbindəki əl-Rəşad bölgəsində yerləşdirilmiş əsgərlərinə hücum edib. Hücum nəticəsində briqadanın komandiri həlak olub, 5 əsgər isə yaralanıb”, - deyə o bildirib.
Hücumdan sonra “Həşd əl-Şəbi” və federal polis tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində 6 İŞİD terrorçusu məhv edilib.
Ağalar Ağalarlı
Ordu.az