İraq prezidentinin müşaviri: “Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq effektivdir”

2018/04/1692_1524652161.jpg
Oxunub: 3138     18:26     25 Aprel 2018    
“İraq antiterror və Yaxın Şərqdə təhlükəsizliyin təmini mexanizmləri ilə birgə işin dəstəklənməsi sahəsində Rusiya ilə əməkdaşlığı çox yüksək qiymətləndirir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Falih əl-Fəyyad bəyan edib.

“Terrorizmlə mübarizə sahəsində İraq-Rusiya əməkdaşlığı məsuldar və genişmiqyaslıdır. Bizim məlumat mübadiləsi üzrə dördtərəfli koordinasiya mərkəzimiz var. Rusiya tərəfi bizi mütəmadi şəkildə son kəşfiyyat məlumatları ilə təminatlandırır”, - deyə əl-Fəyyad bildirib.

O qeyd edib ki, ölkələr arasında təhlükəsizlik, hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Rusiya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin