“Rusiyanın Dəməşqə söz verdiyi S-300-lər artıq Suriyadadır” - Səfir

2018/04/34645_1524641559.jpg
Oxunub: 3152     15:30     25 Aprel 2018    
“Rusiyanın Suriyada vermək niyyətinə olduğu S-300 hava hücumundan müdafiə sistemləri artıq bir aydır ki, Suriya ərazisindədir”.

Ordu.az “Moskovskiy komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Həddad bəyan edib.

“Təxminən bir ay bundan öncə artıq S-300-lər Suriyada idi. Hazırda onlar döyüş növbətçiliyindədir”, - deyə Həddad bildirib.

Xatırladaq ki, daha öncə KİV-lər Rusiyanın Suriyanı pulsuz S-300 “Favorit” kompleksləri ilə qarşılıqsız şəkildə təmin edəcəyinə dair məlumat yayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-300   Rusiya  


Bizi "telegram"da izləyin