"Cəbhədə heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir" - Müdafiə Nazirliyi

2018/04/resizer_1524493415.jpg
Oxunub: 831     22:17     23 Aprel 2018    
Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. "Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaqdır".-deyə, nazirliyin bəyanatına qeyd olunub.

Ordu.az

Teqlər: Ermənistan   Azərbaycan   Müdafiə-Nazirliyi  

"Cəbhədə heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir" - Müdafiə Nazirliyi

2018/04/resizer_1524493415.jpg
Oxunub: 832     22:17     23 Aprel 2018    