Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
“Şərqi Qutada yerləşən Aftris rayonunun təmizlənməsi zamanı terrorçular tərəfindən müxtəlif toksik maddələrin istehsalı üçün hazırlanan laboratoriya aşkarlanıb. Laboratoriyada kimyəvi silahların hazırlanması üçün lazım olan bütün toz və avadanlıqlar var”, - deyə məlumatda qeyd edilir.
Həmçinin ordunun əməliyyatı çərçivəsində laboratoriya ilə yanaşı 60 millimetrdən 180 millimetrədək müxtəlif kalibrə malik müxtəlif kimyəvi döyüş sursatlarının saxlandığı tikili aşkarlanıb.
Ağalar Qəribov
Ordu.az