Mərkəzi ABŞ-ın Çikaqo ştatında yerləşən “Boeing” və dövlət şirkəti Səudiyyə Ərəbistanı Hərbi Sənayeləri (SAMI) anlaşma memorandumu imzalayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Boeing”in mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, memorandumun imzalanma məqsədi təmir, yenidənqurma və digər dəstək xidmətlərinin 55%-dən çoxunun Krallığın daxilində həyata keçirilməsi yönündə ortaq təşəbbüs başlatmaqdır.
Bu təşəbbüs əsasında 2030-cu ilə qədər Səudiyyə Ərəbistanına 22 milyard dollar yatırım edilməsi və 6 min yeni iş yerinin açılması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az