“Derivasiya-PVO” kompleksi hava, yerüstü və suüstü hədəflərin məhvinə, həmçinin rəqibin canlı qüvvəsi və tikililərinin məhv olunmasında istifadə oluna bilər.
Ordu.az “T-Digest” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Defexpo India 2018” beynəlxalq sərgisində açıqlanıb.
Maşın hədəfləri mərkəzi komandanlıq məntəqəsindən alır. O, müstəqil şəkildə hədəfləri aşkarlamaq və məhv etməyə qadirdir.
“Derivasiya-PVO” zenit raket kompleksinin günün istənilən saatı və istəniən hava şəraitində işləməyə qadir olduğu bildirilir.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Derivasiya-PVO