Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistanın Çennay şəhərində keçirilən sərgi aprelin 11-də açılıb və sabah başa çatacaq. Bu, hər iki ildə bir dəfə baş tutan ənənəvi silah sərgisidir.
Hindistanın hərbi gücünün nümayişi kimi də bilinən bu ilki sərgidə qabaqcıl “Dhanush” artilleriyası, “Tejas” qırıcısı, “Arjun Mark II” tankları nümayiş etdirilir.
Sərgi üçün 701 kompaniya qeydiyyatdan keçib. Onlardan 539-u yerli, 162-si isə xaricidir. Hindistan şirkətlərinin belə böyük tərkibdə iştirakı ilk dəfə bu ilə təsadüf edir. Sonuncu sərgiyə nisbətdə bu il xarici şirkətlərin sayında 10%-lik azalma var.
Bu ilki sərgidə Birləşmiş Ştatlar, İsveç, Britaniya və daha 47 dövlətdən şirkət iştirak edir. Sərgi sabah başa çatacaq.
Ağalar Ağalarlı
Ordu.az