THAAD-larla əlaqəli xərcləri Cənubi Koreya ödəyə bilər

2018/04/the_first_of_two_terminal_high_altitude_area_defense_thaad_interceptors_is_launched_during_a_successful_intercept_test_-_us_army_6_1523631672.jpg
Oxunub: 2770     22:40     13 Aprel 2018    
Cənubi Koreyada yerləşdirilmiş ABŞ ordusuna məxsus THAAD raketdən müdafiə sistemlərinin saxlanması ilə bağlı xərclər Cənubi Koreyanın öhdəliyinə əlavə edilə bilər.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, davam edən müzakirələr çərçivəsində Birləşmiş Ştatlar THAAD sistemlərinin saxlanma xərclərinin Cənubi Koreyadan ödənməsini tələb edə bilər və bu baş verəcəyi təqdirdə Cənub bunun mümkünlüyünü istisna etmir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ   THAAD  


Bizi "telegram"da izləyin