Səudiyyə Ərəbistanı "Raytheon"la memorandum imzalayıb

2018/03/1135251-792174194_1521792693.jpg
Oxunub: 3760     21:53     23 Mart 2018    
Səudiyyə Kiber Təhlükəsizlik və Proqram Federasiyası "Raytheon" kompaniyası ilə anlaşma memorandumu imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, memorandum şəhzadə Məhəmməd ibn Salmanın ABŞ-a səfəri çərçivəsində imzalanıb.

Memorandumun məqsədi kiber müdafiə sahəsində universitetlər arasında müsabiqələr təşkil etmək və Səudiyyəli mütəxəssislərlə sənaye partnyorluğu fürsətləri yaratmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Raytheon  


Bizi "telegram"da izləyin