"Dilənçi özünsən": Təhqir edilən erməni Sarkisyanı məhkəməyə verdi

2018/02/129450r_151663922256_1518852825.jpg
Oxunub: 3066     15:31     17 Fevral 2018    
Ermənistan Etika Komissiyasına Vigen Sarkisyanın təhqirlərinə görə vətəndaşın şikayəti daxil olub.

Ordu.az "Joğovurd" qəzetinə istinasdən xəbər veri ki, "Yüksək vəzifə səlahiyyətliləri üçün Etika Komissiyası, Petros Sarkisyanın Ermənistan müdafiə naziri Vigen Sarkisyana qarşı şikayət ərizəsinin daxil olduğunu bildirib.

Ərizənin araşdırılmasının son tarixini qeyd etməyə çətinlik çəkən komissiya əməkdaşı, şikayətə qanun çərçivəsində baxılaçağını bildirib.

Xatırladaq ki, "Facebook" istifadəçilərindən birinin erməni nazirin çağırışına cavab olaraq, “1000 dramlar qutardı yoxsa bu yeni dilənçilik növüdür” şərhi yazmasına görə, Vigen Sarkisyan vətəndaşın ünvanına “dilənçi” özünsən deyə cavab verib.

Bir müddətdən sonra erməni nazir həm istifadəçinin, həm də özünün şərhlərini silsə də, sosial şəbəkədə onun təhqiramiz ifadəsi geniş qalmaqala səbəb oldu və müzakirə mövzusuna çevrildi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vigen-Sarkisyan   MN  


Bizi "telegram"da izləyin