Ermənistanda hərbi prokurorluq əməkdaşının korrupsioner əməlləri

2018/02/876057_1518789295.jpg
Oxunub: 4116     23:42     16 Fevral 2018    
Ermənistan Hərbi Prokurorluğunun keçmiş əməkdaşı külli miqdarda fırıldaqçılığa görə ittiham olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmə orqanlarından məlumat verilib.

Hərbi çağırış sahəsində peşəkar biliklərə sahib olan Armen Hambartsumyan, 2015-ci ilin mart ayında ona müraciət edən tanışı Sergey Hakobyanın istəyindən xəbərdar olaraq, çağırış yaşına çatan, onun oğlu Hovanes Hakopyanı səhhətində problemlərin olmasını əsas gətirərək, onun müddətli həqiqi hərbi xidmətdən azad olunmasına kömək edəcəyini bildirib. Hambartsumyan çağırışçının müayinə olunmasını və hərbi xidmətdən azad edilməsi müqabilində, tanışına vermək məqsədilə, valideyn Sergey Hakopyandan 6 min ABŞ dolları həcmində rüşvət tələb edib.

Ermənistan Hərbi Prokurorluğunun keçmiş əməkdaşına qarşı külli miqdarda xilqanlıq, bir neçə nəfər tərəfindən öncədən əldə edilmiş razılığa əsasən qrup halında kulli miqdarda xuliqanlıq, rüşvət alma və rüşvət vermə faktları üzrə ittiham irəli sürülüb.

Çağırışçının atası Sergey Hakopyana qarşı da külli miqdarda rüşvət vermə ittihamı irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin