Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın ötən həftə hökumət qüvvələrinin bölgədəki mövqelərinə hücumundan sonra Suriya ordusu əraziyə çox sayda əsgər və hərbi texnika göndərib.
Yerli mənbələr Suriya ordusunun öz mövqelərini gücləndirdiyini və Fərat çayının qərb sahillərinə patrul gəzintiləri keçirdiyini bildirib.
Bundan başqa ABŞ dəstəkli YPG üzvlərinin də hazır vəziyyətdə gözlədiyi də bildirilir. Bu proseslər iki tərəf arasında hərbi qarşıdurma ehtimallarını artırır.
Ağalar Ağalarlı
Ordu.az