Ordu.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya parlamentinin Silahlı Qüvvələr üzrə səlahiyyətli nümayəndəsi, Sosial-Demokratlar partiyasının üzvü Hans-Peter Bartels bəyan edib.
Bartelsin sözlərinə görə, Almaniya Donbasda BMT egidası altında sülhməramlı missiyada iştirak etməyin əleyhinə deyil.
O qeyd edib ki, bununla ordunun təcrübə toplamasını da təmin etmək mümkündür.
Ağalar Qəribov
Ordu.az