"Şaqan"dan "Qəbələ"yə: Raket hücumundan erkən xəbərdarlıq vasitələri - ARAŞDIRMA (I Yazı)

2018/02/1_1518700517.png
Oxunub: 3541     17:31     15 Fevral 2018    
60-cı illərin ikinci yarısında nüvə silahı çatdırılması üçün əsas vasitə olaraq şaxtalarda yerləşdirilən və sualtı gəmilərdən buraxıla bilən qitələrarası ballistik raketlər (QBR) ön plana, uzaq mənzilli strateji bombardmançılar isə ikinci plana çəkildi. Bombardmançılardan fərqli olaraq, şaxtalarda yerləşdirilən və sualtı gəmilərdən buraxılan qitələrarası ballistik raketlər uçuş trayektoriyası boyunca əks hücumlara nisbətən az həssas olur və hədəfə uçma vaxtı bombardmançı ilə müqayisədə dəfələrlə qısa olur.

Sovet İttifaqı ABŞ ilə nüvə bərabərliyinə məhz QBR sayını artırmaq sayəsində nail olmağı bacardı. Sualtı gəmi və şaxtalardan buraxılan QBR nüvə arsenalının əsasın təşkil etməyə başladıqda bu raket buraxılışlarını təsbit və aşkar edəcək, təhlükə səviyyəsini təyin edərək mərkəzi idarəetmə məntəqəsini xəbərdar edəcək və trayektoriya boyunca raketi izləyəcək komplekslərin yaradılması ehtiyacı yarandı. Əks halda tərəflərdən biri preventiv nüvə raketinin zərbəsinə məruz qalmaq şansı əldə edirdi.

Raket hücumundan erkən xəbərdarlıq sistemi (RHEXS) ilkin mərhələdə 2000-3000 km məsafədə hədəfləri aşkarlayan RLS vasitələrindən ibarət idi. Bu zaman xəbərdarlıq sisteminin cəmi 10-15 dəqiqə zamana malik olması demək idi. Buna görə də amerikalılar özlərinin AN/FPS-49 radiolokasiya stansiyalarını Sovet raketlərinin mövqelərinə mümkün qədər yaxın - Böyük Britaniya, Türkiyə, Qrenlandiya və Alyaskada yerləşdirdilər. Lakin əvvəlcə bu radiolokasiya stansiyalarının vəzifəsi raket əleyhinə müdafiə qüvvələrini raket hücumu barədə məlumat verməkdən ibarət idi. Əks hücum təminatı sonradan aktuallaşdı. Bu silsilə yazılarımızda RƏM sisteminin ayrılmaz hissəsi olan RHEXS-in yaranma və inkişaf mərhələləri barədə məlumat verəcəyik.

SSRİ-də belə stansiyaların layihələndirilməsi ideyaları 50-ci illərin ortalarına təsadüf edir. Qazaxstanın Karaqanda vilayəti ərazisindəki "Sarı-Şaqan" sınaq poliqonu RƏM sahəsində aparılan araşdırmaların aparıldığı əsas obyekt olub. Burada RƏM sisteminə məxsus raket sınaqlarından başqa, bir neçə min kilometr məsafədə düşmənin ballistik raketlərinin aşkarlanması, izlənməsi və trayektoriyasının hesablanması üçün radiolokasiya sistemlərinin sınaqları keçirilirdi. Balxaş gölünün sahilində, poliqona bitişik ərazidə raket hücumundan erkən xəbərdarlıq sisteminin ilk nümunələri məhz burada sınaqdan keçirilirdi. İlk dəfə 1961-ci ildə Mərkəzi Aşkaretmə Stansiyası (MAS) hədəfi aşkar edərək izləməyə başladı.

"Dunay-3U"
250 metr anten uzunluğuna və 15 metr hündürlüyü malik olan MAS siqnal ötürülməsini və qəbulunu metrlik diapazonda həyata keçirirdi. Eyni zamanda bu poliqonda nüvə sınaqları keçirilirdi və çöx güman ki, nüvə partlayışlarının RLS-ə təsiri də burda araşdırılır. MAS sınaqlarında əldə edilən təcrübə 1200 km məsafədə hədəfləri aşkarlayan və metrlik diapazonda fəaliyyət göstərən "Dunay" RLS yaradılmasında istifadə edildi.

Daha sonra "Dnestr" stansiyasılarının şəbəkəsi yaradıldı.

Hər bir RLS-in "qanad"ları cinahlarda, mərkəzdə isə iki mərtəbəli bir komanda və idarəetmə məntəqəsi yerləşirdi. Hər bir cinah azimutda 30 dərəcəlik bir sahəni əhatə edirdi, yüksəklik darama diaqramı isə 20° idi. "Dnestr" stansiyası raket və peyk sistemlərinin hədəflərə yönəldilməsi üçün istifadə olunurdu. Genişliyə yayılan iki radiolokasiya qovşaqının tikintisi tam sürətlə davam etdirildi. Bu, 5000 km-lik radiolokasiya sahəsinin formalaşması üçün lazım idi. Birinici qovşaq olan OS-1 İrkutskun Mışelovka, digər OS-2 qovşağı isə Qazaxıstanda Balxaş gölünün sahilindəki Gulşad qəsəbəsinin yaxınlığında inşa edildi. Hər bir meydançada dörd soyuducu stansiya tikildi. 1967-ci ildə "Dnestr" radarı fəaliyyətə başladı və kosmik məkana nəzarət sisteminin (KMNS) bir hissəsi oldu.

Lakin raket xəbərdarlıq sisteminin məqsədi üçün bu stansiyalar çox da uyğun gəlmirdi, hərbçilər də məmnun deyildi, aşkarlama və güc göstəriciləri zəif idi. Buna görə, "Dnestr-M" adlanan yeni bir versiyası yaradıldı.

"Dnestr" və "Dnestr-M" radarlarının aparat hissəsi oxşar idi (antenlərin cinahlarda quraşdırılması istisna olmaqla), lakin onların iş proqramları əhəmiyyətli dərəcədə fərqlənirdi. Fərqlərdən biri raketlərin buraxılışını aşkarlamaq üçün yeni stansiyanın 10-30 dərəcəli bucaq altında yerləşdirilməsindən ibarət idi. Əlavə olaraq, "Dnestr-M" stansiyasında element bazası etibarlılığı artırmaq üçün qismən yarımkeçiricilərə keçirildi.

“Sarı-Şaqan” poliqonunda yeni MAS-PM stansiyası yaradıldı. Əvvəlki stansiyalar ilə müqayisədə imkanları 10-15 dəfə artdı, aşkarlama aralığı 2500 km-ə çatdı. İlk erkən xəbərdarlıq radiolokasiya stansiyaları əlahiddə radiotexniki qovşaqların (ƏRTQ) tərkib hissəsi kimi 70-ci illərin əvvəlində fəaliyyətə başladı. "Dnestr-M" RLS-lərindən biri Oleneqorsk yaxınlığında Kola yarımadasında (RO-1 qovşağı) və Latviyanın Skrunda şəhərciyində (RO-2 qovşağı) yerləşdirildi. Bu stansiyalar Şimali Qütbü istiqamətindən yaxınlaşan döyüş başlıqlarını, Norveç və Şimali dənizlərindəki sualtı qayıqlardan buraxılacaq ballistik raketləri aşkar etmək və izləmək üçün nəzərdə tutulurdu. OS-1 və OS-2 qovşaqlarındakı iki mövcud stansiyalar yeniləndi. Digər iki stansiya isə kosmik fəzaya nəzarət etmək üçün dəyişməz qaldı.

Yeni RLS-in inşası ilə paralel olaraq Moskva yaxınlığındakı Solnetsnoqorsk rayonunda yeni raket hücumundan xəbərdarlıq (RHXM) mərkəzinin tikintisi başlandı. Radio texniki qovşaqları ilə RHXM arasında informasiya mübadiləsi xüsusi rabitə xətti vasitəsilə aparılırdı.

1971-ci ilin fevralın 15-də SSRİ-nin Müdafiə nazirinin əmri ilə əlahiddə taket əleyhinə müşahidə diviziyası ilk dəfə döyüş növbətçiliyinə çıxarıldı. Bu gün rəsmən raket hücumundan erkən xəbərdarlıq sisteminin fəaliyyətə başlaması günü hesab olunur.

1972-ci ilin yanvarın 18-də, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin sərəncamı və SSRİ Nazirlər Sovetinin fərmanı ilə raket hücumu barədə xəbərdarlıq sistemlərini birləşdirmək qərara alınır. Yeni sistemə yerüstü radiolokasiya və kosmik nəzarət qurğuları daxil edildi. Sovet raket hücumundan erkən xəbərdarlıq sistemi ABŞ-ın raket hücumu barədə hərbi-siyasi rəhbərliyə vaxtında xəbər vermək və zəmanətli əks-hücumun zərbəsinin həyata keçirilməsini təmin etməli idi. Maksimum xəbərdarlıq vaxtı əldə etmək üçün QBR-in uçuşunun aktiv hissəsində onları aşkarlaya bilən xüsusi peyklərdən və üfüqarxası radiolokasiya stansiyalarından istifadə etmək nəzərdə tutulurdu. Döyüş başlıqlarının ballistik traektoriyanın sonrakı hissələrində aşkar edilməsi üfüqüstü RLS vasitəsilə həyata keçirilirirdi. Bu təkrarlanma xəbərdarlıq sistemin etibarlılığını əhəmiyyətli dərəcədə artırır və müxtəlif fiziki prinsiplərdən istifadə edərək raket başlığının buraxılmasının aşkar edilməsində mümkün səhv ehtimalını minimuma qədər azaltmağa imkan verir: buraxılan QBR mühərrikinin istilik şualanması peyk sensorları tərəfindən təsbit olunur, radiosiqnalların qeydə alınması isə radiolokasiya stansiyaları tərəfindən həyata keçirilir. Vahid xəbərdaretmə kompleksi yaradılqdıqdan sonra onun tərkibinə Moskvanın A-35 RƏM sistemində fəaliyyət göstərəcək "Dunay-3" (Kubinka) və "Dunay-3U" (Çexov) stansiyasıyaları inteqrasiya edildi.

"Dunay-3" radarı ərazidə yayılaraq yerləşdirilən, qəbuledici- ötürücü avadanlıqdan, stansiyanın işini təmin edən elektron hesablama maşınından (EHM), köməkçi qurğulardan və iki antendən ibarətdir. Hədəfin maksimum aşkaretmə məsafəsi 1200 km-ə çatdırıldı. Hal-hazırda "Dunay" ailəsinin radarları fəaliyyət götərmir. Movcud olan "Dnestr-M" radarının daha da təkmilləşdirilməsi nəticəsində yeni "Dnepr" stansiyası yaradıldı. Hər antenin azimutda (30° əvəzinə 60°) görünüş sektoru iki dəfə artırıldı. Anten yükseklik ölçüləri 20 metrdən 14 metrə qədər azaldıldı, lakin polyarlaşma filtirinin tətbiqi ilə dəqiqlik parametrləri artırıldı. Daha güclü ötürücülərin istifadəsi və onların antendə fazalandırılması aşkarlama məsafəsinin 4000 km-ə qədər artmasına gətirib çıxardı. Yeni EHM məlumatları iki dəfə daha sürətli emal etmək üçün imkan verdi.

Sevastopol yaxınlığında "Dnepr" RLS

"Dnepr" radarı həmçinin uzunluğu 250 m, hündürlüyü 14 metr olan iki sektorlu antendən ibarət idi. Onun tərkibində iki dalğalı ötürücü və qəbuledici avadanlıqla birgə çalışan iki sıra yarıq anten movcud idi. Bu RLS vasitəsilə azimutda 120 dərəcə və yüksəklikdə 30 dərəcə müşahidə və aşkarlama mümkündür.

İlk "Dnepr" stansiyası 1974-cü ilin may ayında "Sarı-Şaqan" poliqonunda (OS-2 qovşağı) istismara verilib. Sonra isə Sevastopol yaxınlığında (RO-4 qovşağı) və Mukaçevoda (RO-5 qovşağı) növbəti RLS quruldu. Gələcəkdə İrkutsk yaxınlığındakı "Mişelovka" və "Sary-Şaqan" kosmik obyektlərin izləmə stansiyaları istisna olmaqla digər radiolokasiya və izləmə stansiyaları modernləşdirildi.

Oleneqorsk yaxınlığında "Dauqava" radarı

1978-ci ildə Oleneqorskda (PO-1) qovşağının tərkibinə faza idarəetmə sistemli və fəal anten barmaqlıqlı "Dauqava" stansiyası təyinat aldı. "Dnepr-M" şərti adı verilən RLS strukturunda aparılan modernləşdirilmə sayəsində kənar səs-küydən mühafizə yaxşılaşdı, ionosferdə informasiya etibarlılığına qütb şəfəqinin təsiri azaldı, eləcə də bütövlükdə qovşağın fəaliyyət etibarlılığı artdı. "Dauqava"da istifadə olunan EHM və qəbuledici avadanlıqların yeni texnologiyaları sonradan "Daryal" RLS yaratmaq üçün istifadə edildi.

"Sarı-Şaqan" poliqonunda "Dnepr" RLS anteni

Sovet raket hücumundan erkən xəbərdarlıq sisteminin radiolokasiya stansiyalarının ilk nəslini qiymətləndirərkən onlara həvalə olunan vəzifələrə nisbətən uyğun olduğunu qeyd edə bilərik. Stansiyaların fəaliyyətini təmin etmək üçün yüksək ixtisaslı texniki heyət tələb olunurdu. Stansiyaların aparat bölmələri elektrovakkum cihazlardan ibarət idi, yüksək gücləndirmə əmsalına və aşağı şəxsi səssizlik göstəricilərinə baxmayaraq, yüksək enerji tələb edirdi və zamanla texniki xarakteristikalarını dəyişirdi.

İrkutsk vilayətində RHEXS-in radio-texniki qovşağı

İrkutsk vilayətində qurulan "Dnepr" RLS (OS-1), görünür artıq döyüş növbətçiliyindən çıxarılıb. Çünki onun tam yaxınlığında yeni və müasir "Voronej-M" RLS inşa edilib. İki antenin sektorunun cəmi 240° bərəbərdir, bu isə ABŞ-ın qərb sahillərindən Hindistana qədər əraziyə nəzarət etmək üçün imkan verir. 1993-cü ildə, Mışelevkada yerləşən digər bir "Dnepr" radar stansiyası bazasında Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizika İnstitutunun Sibir şöbəsinin atmosferin radiofiziki diaqnostika rəsədxanası yaradıldığı məlumdur.

Sarı-Şaqan təlim zonasında "Dnepr"RLS

1992-ci ildən Ukrayna ərazisində (Sevastopol və Mukaçevo yaxınlığında) yerləşən "Dnepr" RLS-in birgə istifadəsi Rusiya-Ukrayna müqaviləsi ilə tənzimlənirdi.

Stansiyaların saxlanılması və istismarı Ukraynalı personal tərəfindən aparılırdı və məlumatlar raket hücumundan xəbərdarlıq mərkəzinə (Solneşnoqorsk) göndərilirdi. Hökumətlərarası razılaşmaya əsasən, Rusiyanın hər il Ukraynaya 1,5 milyon dollar ödəyirdi. 2005-ci ildə Rusiya tərəfi RLS məlumatlarının istifadəsi üçün ödənişlərin qaldırılmasından imtina etdikdən sonra stansiyalar Ukraynanın Dövlət Kosmik Agentliyinə (SCAU) təhvil verildi. Rusiyanın ödəniş xərclərinin artımını müzakirə etməkdən imtina etmək üçün bütün əsasları olduğunu söyləmək olar da olmaz da. Ukrayna stansiyalarından məlumat qeyri-müntəzəm olaraq gəlirdi, əlavə olaraq, prezident Viktor Yuşşenko rəsmi olaraq Amerika nümayəndələrini stansiyaya dəvət etdi. Rusiyanın qarşısını ala bilmədiyi bu tədbirdən çox hiddətləndiyi və dərhal stansiyanın fəaliyyətini dayandırdığını (üstündən iki il keçmədi ki, Rusiya generalları özləri Amerikalı yüksək çinli hərbçiləri "Qəbələ" RLS ərazisində həvəslə müşayiət etdilər) elan etdi.

Ardınca Rusiya öz ərazisində, Armavir və Kalininqrad vilayətlərində yeni "Voronej-DM" RLS şəkildə döyüş növbətçiliyinə çıxardı. Bir çoxları davamlı olaraq "yeniləndi və modernləşdirildi" ifadələrindən tez-tez istifadə edirlər. Süal belədir: yenilənmə və modernləşdirmə yolu ilə bel və ya kürək ekskavatoru əvəz edə bilərmi? Və ya yenilənmə 90 yaşlı birisini 20 yaşlı ilə eyni səviyyəyə gətirə bilərmi? Cavab birmənalıdır. Bəzən bir yerə qədər yenilənmə müəyyən nəticə verə bilər. Amma 40-60 ilin və resurslarını əliaçıqlıqla xərcləyən radio-texniki vasitələr həyat silsiləsini başa vuraraq ümidsiz şəkildə yaşlı hesab olunur. Bunların yenilənməsindən daha az istismar xərcləri olan müasir sistemlərin qurulması daha faydalıdır.

"Astronavtika Xəbərləri" jurnalına görə, Qazaxıstanın "Sarı Şaqan" poliqonundakı OS-2 Mərkəzi kosmik obyektlərin izlənilməsi profilindən çıxarılaraq xarici ballistik raketlərin gerçək buraxılışlarını aşkar etmək üçün yeni profilə təyin olunub. 2001-ci ildən "Sarı-Şaqan”dakı Radio Texniki Mərkəz Rusiyanın Aerokosmik qüvvələrinin tərkibində döyüş növbətçiliyini həyata keçirir və Pakistan, Çinin qərb və mərkəzi hissələri, Hindistan və Hind okeanı bir hissəsini əhatə edir. Dəfələrlə yenilən bu stansiya da mənəvi cəhətdən yorulub və tükənib.

"Daryal" radar stansiyasının planlaşdırılan coğrafiyası

70-ci illərdə yeni təhdidlərin-bölünən döyüş başlığı, aktiv və passiv radiomaneələr və s. yaranması yeni PLS yaradılmasını tələb edirdi. Əlbəttə ki birinci nəsil RLS- də istifadə olunan bəzi tenologiyalar ikinci nəsildə də istifadə olundu. Yeni yaradılan "Daryal" RLS kompleksləri SSRİ-nin perimetri üzrə yerləşdirilən köhnə birinci nəsil stansiyaları dəyişdirməsi planlaşdırılırdı.

İlk stansiyanın Uzaq Şimalda - Franz İosef Torpağının Alexandra Arxipelağında inşa edilməsi planlaşdırıldı. Bu, əsasən raketdən təhlükəli istiqamətdə maksimum xəbərdarlıq vaxtı əldə etmək istəyi ilə bağlı idi. Digər tərəfdən isə ABŞ-ın Qrenlandiyada yerləşdirdiyi RLS pis nümunə hesab olunurdu. Ekstremal iqlim şəraiti üçün yeni radar inşa edərkən bütün iqlim və şərait üçün tikinti normativlərinə ciddi əməl olunmalı idi və böyük elektrik stansiyasına ehtiyac var idi. Ötürücü və qəbuledici mövqelər 900 metr aralıda yerləşməli, həyat təminatı sistemləri və enerji istehlakı isə 100 min əhalisi olan bir şəhər üçün kifayət edəcək qədər olmalı idi. Stansiyanın öz nüvə elektrik stansiyası ilə təchiz edilməsi planlaşdırıldı. Lakin, "Daryal" RLS-in həddindən artıq dəyəri və mürəkkəbliyi səbəbindən onun Peçora ərazisində qurulmasına qərar verildi. Buna paralel olaraq elektrik enerjisi təminatı üçün Peçora QRES-in tikintisinə başlandı. Radiolokasiya stansiyasının tikintisi böyük çətinliklə gedirdi: 1979-cu ilin iyulun 27-də tam hazır olan stansiyanın nizamlanması zamanı ötürücü qurğunun təxminən 80%-i yandı.

Radar "Daryal" (solda ötürücü, sağ tərəfdə qəbuledici)
Peçora yaxınlığında ilk stansiya (RO-30 qovşağı) 1984-cü ildə silahlanmaya qəbul edilib və həmin ilin martın 20-də döyüş növbətçiliyinə çıxarılıb. Bu RLS Alyaska, Kanada və Qrenlandiya üzərindəki hava məkanına tamamilə nəzarət etmək imkanı verir. 1985-ci ildə isə "Daryal" stansiyasının ikinci kompleksi Qəbələ RLS (RO-7 qovşağı) Azərbaycanda istifadəyə verildi...

(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Dəryal   Qəbələ   RLS   RHEXS  

Xəbər lenti

"Şaqan"dan "Qəbələ"yə: Raket hücumundan erkən xəbərdarlıq vasitələri - ARAŞDIRMA (I Yazı)

2018/02/1_1518700517.png
Oxunub: 3542     17:31     15 Fevral 2018    