"RLS" sözünə uyğun 137 nəticə tapıldı!

S-300 ailəsi və Ermənistana nisbətdə Azərbaycana verilmiş ən son model - HƏRBİ EKSPERT (II YAZI)

2019/10/15502-1570781043.jpg
Oxunub: 2484     10:52     14 Oktyabr 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

S-300 zenit raket sistemlərində istifadə edilən raketlər

S-300 sistemlərində əsasən Rusiyanın "Fakel" konstruktor bürosu tərəfindən hazırlanan raketlərin müxtəlif versiyalarından istifadə olunur. İdarəolunan zenit raketləri hədəfə uçuşun son mərhələsində yarıaktiv və ətalətli idarəetmə ilə tuşlanır. Raketin döyüş başlığının partladılması, hədəfin tipini və ona yaxınlaşma sürətini nəzərə alaraq yarıaktiv bir radiopartladıcı vasitəsilə təmin edilir. Raketlər atəş məsafəsinə, sürətlinə, diametrinə, kütləsinə, idarəetmə, işıqlandırma və tuşlama avadanlıqlarının parametrlərinə görə bir-birindən fərqlənir.


S-300 sistemlərinin raketləri arasında 5V55K (V-500K)/5V55KD raketləri 1978-ci ildə istehsal olunub, ilkin baza modelidir, atəş məsafəsi 47 km, maksimum sürəti 2000 m/san, uzunluğu 7.25 m, diametri 508 mm, kütləsi 1480-1500 kq, döyüş başlığının kütləsi 133 kq-dır. İdarəetmə, hədəfi işıqlandırma və tuşlama RLS-dən verilən komanda ilə həyata keçirilir. İlk dəfə S-300P ZRS-də istifadə edilib.


5В55Р (В-500Р)/5В55РМ raketləri 1984-cü ildə istehsal olunub, atəş məsafəsi 75- 90 km, maksimum sürəti 2000 m/san, uzunluğu 7.25 m, diametri 508 mm, kütləsi 1664-1665 kq, döyüş başlığının kütləsi 130- 133 kq-dır. İdarəetmə yarıaktivdir, hədəfin işıqlandırılma və tuşlanması xarici RLS tərəfindən verilən komanda ilə həyata keçirilir. İlk dəfə S-300PT ZRS-də istifadə edilib.

5V55S raketi 1992-cü ildə istehsal olunub, atəş məsafəsi 47 km, maksimum sürəti 1700 m/san, uzunluğu 7 m, diametri 450 mm-dir. İdarəetmə 5В55Р raketi ilə eynidir, yalnız burada xüsusi (yəqin ki, nüvə) döyüş başlığı tətbiq edilir. İlk dəfə S-300PT ZRS-də istifadə edilib.


5V55U raketi 1992-cü ildə istehsal olunub, atəş məsafəsi 150 km, maksimum sürəti 2000 m/san, uzunluğu 7 m, diametri 450 mm, kütləsi 1470 kq, döyüş başlığının kütləsi 133 kq-dır. İdarəetmə 5В55Р raketi ilə eynidir, yalnız atəş məsafəsi artırılıb. İlk dəfə S-300PT ZRS-də istifadə edilib.

48N6E raketi 1992-cü ildə istehsal olunub, atəş məsafəsi 150 km, maksimum sürəti 2100 m/san, uzunluğu 7.5 m, diametri 519 mm, kütləsi 1800-1900 kq, döyüş başlığının kütləsi 143-145 kq-dır. İdarəetmə yarıaktivdir və hədəfin işıqlandırılma və tuşlama RLS-i tərəfindən verilən radiokomanda ilə həyata keçirilir. İlk dəfə S-300PM ZRS-də istifadə edilib.


48N6E2 raketi 1992-cü ildə istehsal olunub, atəş məsafəsi 200 km, maksimum sürəti 2100 m/san, uzunluğu 7.5 m, diametri 519 mm, kütləsi 1800-1900 kq, döyüş başlığının kütləsi 150 kq-dır. İdarəetmə 48N6E raketi ilə eynidir. İlk dəfə S-300PMU2 ZRS-də istifadə edilib.

9M82 raketi 1984-cü ildə istehsal olunub, atəş məsafəsi 100 km, maksimum sürəti 2500 m/san, uzunluğu 9.91 m, diametri 1215 mm, kütləsi 5800 kq, döyüş başlığının kütləsi 150 kq-dır. İdarəetmə ətalətli komanda və yarıaktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300V ZRS-də istifadə edilib.


9M83 raketi 1984-cü ildə istehsal olunub, atəş məsafəsi 75 km, maksimum sürəti 1800 m/san, uzunluğu 7.89 m, diametri 915 mm, kütləsi 3500 kq, döyüş başlığının kütləsi 150 kq-dır. İdarəetmə ətalətli komanda və yarıaktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300V ZRS-də istifadə edilib.

9M83ME raketi 1990-cü ildə istehsal olunub, atəş məsafəsi 200 km-dir. İdarəetmə yarıaktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300VM ZRS-də istifadə edilib.


9M96E1 raketinin atəş məsafəsi 40 km, maksimum sürəti 900 m/san, kütləsi 330 kq, döyüş başlığının kütləsi 24 kq-dır. İdarəetmə aktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300PMU1 ZRS-də istifadə edilib. İdarəetmə yarıaktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300VM ZRS-də istifadə edilib.


9M96E2 raketinin atəş məsafəsi 120 km, maksimum sürəti 1000 m/san, diametri 240 mm, kütləsi 420 kq, döyüş başlığının kütləsi 24 kq-dır. İdarəetmə aktiv tuşlamaya əsaslanır. İlk dəfə S-300PMU2 ZRS-də istifadə edilib.

Ermənistanın S-300 zenit raket sistemi

Ermənistanın əsas hava hücumundan müdafiə qüvvələri Ermənistan paytaxtının yaxınlığında cəmləşib. Ermənistan HHM qoşunları hazırda 4 ədəd S-300 zenit raket divizionuna malikdir. Onlardan ikisi S-300PT, yəni qoşqu üzərində sabit platforma versiyasında İrəvan ətrafında, ikisi isə S-300PS, yəni özüyeriyən platforma üzərində Qarabağa yaxın ərazilərdə yerləşdirilib.


S-300PS hava hücumundan müdafiə sistemi İrəvan yaxınlığında

Qoşquda yerləşən baza versiyalı sistem rodiokomanda ilə idarə olunan 5B55K raketləri ilə təmin olunub. Onlar 5P85-1 atıcı qurğusundan buraxılır. 1978-ci ildə istehsal olunan bu raketlərin atəş məsafəsi 47 km-dir.

1983-cü ildən S-300PT-1 sisteminin mövcud zenit raketləri, 75 km-ə qədər məsafədə hədəfləri məhv edə bilən, yarıaktiv tuşlama başlıqlı 5V55R raketləri səviyyəsində modernləşdirildi, lakin bu raketlərin İrəvana verilməsi ilə bağlı məlumatlar açıq mənbələrdə mövcud deyil. Ən azı 2013-cü ilə qədər bu baş verməyib. Verilsə belə 1980-ci illərdə istehsal olunan, 25 metrdən 27 km-ə qədər yüksəklikdə uçan hədəfləri 75 km məsafədə mənv edə bilən bu raketlərin istismar müddəti çoxdan başa çatıb. Əlavə olaraq S-300 PT sisteminin ərazidə yerləşdirilməsi üçün 90 dəqiqə müddətin zəruri olduğunu nəzərə alsaq və bura yeni atəş mövqeyinə qədər məsafənin qət olunmasına sərf ediləcək zamanı da əlavə etsək, artıq şərhə ehtiac qalmayacaq.


Özüyeriyən S-300PS sisteminin 5P85S atıcı qurğusu

S-300PT ilə yanaşı, Ermənistan silahlı qüvvələrində iki ədəd S-300PS divizionu mövcuddur. S-300PT ilə S-300PS hava hücumundan müdafiə sistemləri atəş imkanlarına görə eyni sistemlərdir, yeganə fərq birincinin sabit qoşquda, ikincinin isə MAZ-543 özüyeriyən şassisində yerləşməsindən ibarətdir. Özüyeriyən platformada 5P85S atıcı qurğusundan istifadə edilir.


Ermənistanın özüyeriyən 2 ədəd S-300PS divizionları Gorus və Kamxut istiqamətindəki dağlıq ərazidə yerləşdirilib. Buna səbəb kimi, Naxçıvandakı Ümumqoşun Ordunun strateji yüksəkliklərdə yerləşməsini, onun hücum aviasiya vasitələrinə və idarəolunan qanadlı raketlərə malik olmasını göstərmək olar. Digər tərəfdən isə Ermənistan bu sistemləri adı çəkilən ərazilərə yerləşdirməklə işğal etdiyi Qarabağın hava məkanını, xüsusilə Laçın dəhlizini, Meğri körpüsünü, Metsamor AES-i, Şuşa və Xankəndinin strateji idarəetmə məntəqələrini Azərbaycanın hava hücumundan qorumaq məqsədini açıq şəkildə nümayiş etdirir.

Aydındır ki, sabit platformalar aktiv hərbi əməliyyatlar teatrında gec-tez məhvə məhkum edilir. Özüyeriyən qurğular isə həm dar dağ keçidlərində daha rahat hərəkət edir, həm də rəqibin atəşindən qismən yayına bilir.


S-300PS hava hücumundan müdafiə sistemi Gorus yaxınlığında

İrəvan ətrafında yerləşdirilən S-300PT zenit sistemlərindən fərqli olaraq Gorus və Kamxutdakı S-300PS zenit divizionları döyüş movqelərində ixtisar edilən ştatla yerləşdirilib, bunun isə zenit raketlərinin çatışmaması və ya onları anbarlarda saxlamaqla onsuz da başa çatan resurslarına qənaət etmək görüntüsü yaratmaq məqsədini daşıması ehtimal edilir.

Azərbaycan və Ermənistan S-300 sistemlərinin oxşar və fərqli cəhətləri

Qısaca olaraq Azərbaycan və Ermənistan silahlanmasında olan S-300 ailəsinin qarşılıqlı təhlilini aparsaq, məlum olacaq ki, İrəvanın PT versiyalı sistemləri baza modelidir, PS ilə özüyeriyən versiyanın ilk modelidir. Birincisi 1978, ikincisi isə 1982-ci ildə istehsal edilib. Azərbaycanın komleksləri isə S-300 ailəsinin ən sürətli və ən uzaqmənzilli son modifikasıyalarından biridir, bəzi elementləri isə S-400 sistemləri ilə eynidir.


İstehsalçı hər iki ölkədəki raketlərin səmərəli fəaliyyət yüksəkliyinin və məhvetmə əmsalının eyni olduğunu desə də, bu, inandırıcı görünmür. Ən azından fərqli sürətli iki raket, aerodinamik hədəfə təqibetmə kursunda eyni mərvetmə əmsalı ilə təsir edə bilməz. Çünki, bu yeni versiyanın istehsalına heç bir halda stimul verə bilməzdi.

Ermənistanın sistemlərinin raketlərinin atəş məsafəsi 47 km-dir, modernləşdirilən 5V55R raketləri əldə edilsə belə, 75 km-ə qədər məsafədə 25 metrdən 27 km-ə qədər yüksəklikdə uçan hədəfləri məhv edə bilərlər. Hazırda Azərbaycanın silahlanmasında, uçuşu zamanı yerin relyefini ən aşağı yüksəklikdə təkrarlayan qanadlı raketlərin olması isə Ermənistan HHM qoşunlarının əsas probleminə çevrilib.


Özüyeriyən versiyanın hərəkət imkanları kafi olsa da, S-300 PT versiyasının ərazidə yerləşdirilməsi üçün zəruri olan 90 dəqiqəlik müddət sistemin hərəkətlilik imkanlarını sıfırlayır.

Azərbaycan tərəfinin istifadə etdiyi S-300 PMU2 sistemləri isə 10 metrdən 27 km-ə qədər yüksəklikdə və 200 km məsafədə 2100 km/san (bəzi mənbələrdə 2800 m/san) sürətlə uçan hədəflərə qarşı effektiv mübarizə aparmaq imkanına malikdir. Atəşdən cəmi 5 dəqiqə sonra S-300PMU2 döyüş mövqeyini tərk edə bilir.

S-300PMU2 Zenit Raket Sisteminin Taktiki-Texniki Xüsusiyyətləri:


- Hədəflərin maksimum məhv etmə məsafəsi 200 km;
- Hədəflərin minimum məhv etmə məsafəsi 3 km;
- Hədəflərin maksimum məhv etmə yüksəlkliyi 27 km;
- Hədəflərin minimum məhv etmə yüksəkliyi 10 metr;
- Hədəflərin maksimum sürəti 2100 m/s (bəzi mənbələrə görə 2800m/san);
- Eyni vaxtda batareyanın ələ keçirdiyi hədəflərin sayı 36-ya qədər;
- Eyni vaxtda batareyanın buraxdığı idarə olunan raketlərin sayı 72-ə qədər;
- Fəaliyyət temperaturu ± 50° С;
- Rütubətlilik + 35° C temperaturda 98 %;
- Atəş tempi 3-5 saniyə;
- Bir raketlə ballistik hədəfi məhv etmə əmsalı 0.8-0.93;
- Sistemin döyüş vəziyyətinə gətirilməsi müddəti 5 dəqiqə;
- Raket şaquli istiqamətdə buraxılır;
- Sistemin çalışma müddəti (əlavə yanacaq doldurma ilə) məhdud deyil.


S-300 sistemlərinin müsbət və mənfi tərəfləri


Dünyada istehsal edilən hər bir silah sisteminin özünəməxsus müsbət və ya mənfi cəhətləri olur. S-300 sistemləri də istisna deyil. Sistemin ilk zəif cəhəti yarandığı 40 il ərzində bir neçə münaqişə zonasında, məsələn Yuqoslaviyada, Əfqanıstanda, İranda və Suriyada yerləşməsinə və real döyüş əməliyyatlarında iştirak etmək şansının olmasına baxmayaraq, bu imkanlardan bir dəfə də olsun yaralanmamasıdır. Bəzi mənbələr bunu buraxılan raketin hədəfdən yayınacağı halda, sistemin elan edilən 93%-lik məhvetmə əmsalının həqiqətdən uzaq olduğunu, başqa sözlə antireklam məqsədlərinə xidmət edəcəyini ehtimal edir.

Sistemin digər mənfi cəhəti kifayət qədər bahalı və iri qabaritlərə malik olmasıdır. Dünyada ən iriölçülü mikrosxemlərin SSRİ/Rusiya məhsullarında tətbiqi ənənəsi burada da pozulmayıb.

Enerji sərfiyyatı kifayət qədər yüksəkdir.

Raketlərin, pilotsuz və pilotlu aviasiya vasitələrinin kütləvi hava hücumunun tətbiqi fonunda, digər zenit raket sistemlərinə də xas olan effektiv reaksiyanın olmaması kimi çatışmazlıq bu sistemlərdə də təkrarlanır.


Digər mənfi cəhət hava hücumundan müdafiə sistemlərinin dizaynı ilə əlaqəsi yoxdur - bu, təbiətin təməl qanunları ilə əlaqəlidir və bütün müasir zenit-raket sistemlərinin ümumi problemidir. Radio dalğaları ciddi şəkildə düz bir xətt üzrə yayılır, yer isə kürə şəklindədir və bu, aşağıdan uçan obyektlərin aşkarlanmasında zenit raket sistemlərinə problem yaradır. Məsələn, S-300 hava hücumundan müdafiə sistemi üçün 200 km məsafədəki hədəflərin məhv edilməsi barədə açıqlamalar yalnız stratosferin yuxarı qatlarında olan hədəflərə aiddir. Bununla yanaşı ağacların zirvələri ilə uçan bir aparat sistemin bir neçə kilometrlik məsafəsinə qədər yaxınlaşa bilər. Bu xoşagəlməz vəziyyətdən çıxış yolları mövcuddur, lakin bu ayrı mövzuya aiddir.

Qanadlı raketlərin də çox aşağı yüksəkliklərdə yer relyefinin formasını təkrarlayaraq uçması, zenit sistemlərinin atəş imkanlarını kifayət qədər məhdudlaşdırır.

Sistem haqqında söylənilən bütün müsbət fikirlər adətən istehsalçının sınaqlarda əldə etdiyi rəylərinə əsaslanır. Təlimlərdə hədəflərin məhv edildiyi bildirilsə də, hədəf real raketin və ya qırıcının manevr imkanlarını təkrarlaya bilmədiyi üçün buna əsaslanaraq bahalı sistem barədə dəqiq fikir bildirməyə imkan vermir. Potensial müştərilərə sınaq atışlarının ictimaiyyətə açıqlanmayan fərqli görüntülərinin təqdim edilməsi mümkündür. Lakin bu sistemlərin son modellərinə tələbatın böyük olması, onların müxtəlif növ hava hədəflərinə qarşı yüksək imkanlara malik olduğunu ehtimal etməyə əsas verir.


Sistemin müsbət xüsusiyyətlərindın biri də onun çoxkanallı sistemə malik olması, uzun müddət (10 ilə qədər) konteynerlərdə texniki xidmət göstərilmədən saxlanılması, 300 km radiusda hədəfləri izləməsi, 200 km məsafədə və 27 km yüksəklikdə olan hədəflərə atəş açması, ballistik və qanadlı raketlərə qarşı yüksək hündürlükdə effektiv olması, komanda məntəqəsindən 90 km məsafədə yerləşən sistemin atıcı qurğularından 3 saniyə ərzində atəş açması və 5 dəqiqə ərzində atəş mövqeyini tərk etməsidir.

Çin, Hindistan, Türkiyə, İran və s. kimi hava hücumundan müdafiə sistemləri istehsal edən ölkələrin bu silahların son modellərinə maraq göstərməsi, kompleksin S-400 versiyasının alınması üçün müştərilərin qapıda gözləməsi, onun qitələrarası raketlərlə mübarizə apara bilən son S-500 versiyasının artıq istehsal prosesində olması, yaxın gələcəkdə bu sistemlərin silah bazarında özünəməxsus üstün mövqeyini qoruyacağından xəbər verir.

Mənbələr:

https://topwar.ru/28808-aviaciya-nato-protiv-siriyskih-s300.html
https://topwar.ru/144372-s-300-i-stolknutsya-s-groznym-konkurentom-pryamotochnyy-perehvatchik-xr-sam.html
https://topwar.ru/137819-sovremennoe-sostoyanie-sistemy-pvo-azerbaydzhana.html
https://www.arms-expo.ru/armament/samples/1263/66142/
https://www.arms-expo.ru/armament/samples/1263/66142/
https://ria.ru/20180924/1529218521.html
https://ru.wikipedia.org/wiki/%D0%A1-300
https://www.mil.by/ru/forces/vvspvo/equipment/134/7766/
https://topwar.ru/136057-sovremennoe-sostoyanie-sistemy-pvo-armenii.html


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-300   Rusiya   Azərbaycan   Ermənistan