Yaxın Şərqin "Əl-Qaidə"si: "Cəbhət ən-Nüsra"nın yaranması və hazırki fəaliyyəti – DOSYE

2018/02/23423423_1518678907.jpg
Oxunub: 1769     11:13     15 Fevral 2018    
"Cəbhət ən-Nüsra" terror qruplaşması 2011-ci ildə Suriyada yaradılıb. "Əl-Qaidə" terror şəbəkəsi ilə bağlı olduğu deyilir. "Cəbhat ən Nusra" (Qələbə cəbhəsi) terrorçu qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culyanidir (əsl adı Adnan əl-Həcc Əli). Bəşər Əsəd rejiminə qarşı silahlı mübarizə təşkili üçün əl Culyani "Əl-Qaidə"nin İraq bölməsinin rəhbəri Əbu Bəkr əl-Bağdadi tərəfindən İraqdan Suriyaya göndərilib. Qruplaşma 2012-ci ilin fevral ayında özünü rəsmən elan edib və internetdə Suriyada hökumət qüvvələrinə qarşı fəaliyyətə başlamaları ilə bağlı video mesajı yayımlayıb.

2013-ci ilin aprelində Əbu Bəkr əl-Bağdadi "Cəbhət ən-Nüsra" terror qruplaşması ilə və "İraq İslam Dövləti" qruplaşmasının birləşməsini elan etdi. Yeni qruplaşmanı "İraq Şam İslam Dövləti" adlandırdılar. 2013-ci ilin noyabr ayında İraq və Suriyalı terrorçular arasında bölünmə meydana gəldi. "Cəbhət ən-Nüsra" üzvləri "Əl-Qaidə" lideri Ayman əl Zəvahiriyə sadiqliyini elan etdilər və yenidən müstəqil fəaliyyət göstərməyə başladılar.

Terror qruplaşması əsas məqsədinin Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından ölkə ərazisində İslam əmirliyinin yaradılması olduğunu açıqladı. Qrupun silahlıları hökumət qurumlarına hücum edir, orduya və rejimin tərəfdarlarına qarşı döyüşürdülər. Bundan əlavə, terrorçu qrup dəfələrlə "şiələrdən Suriyanı təmizləmək" niyyətini bəyan edib. Suriyada müxtəlif hesablamalara görə, əhalinin təxminən 13% dini azlıq olan şiələrdən ibarətdir.

Sayları və maliyyə qaynaqları

Fəaliyyətinin başlanğıcında qrupun tərkibində olan yaraqlıların sayı müxtəlif hesablamalara görə 6 min nəfərdən 10 minədək olub. Qruplaşma üzvləri arasında suriyalılar ilə yanaşı, Fars körfəzi, Şimali Afrika və Avropa ölkələrindən olan muzdlular da döyüşürlər. "Ən-Nusra" lideri Əbu Məhəmməd əl-Culyaninin sözlərinə görə, xarici döyüşçülərin sayı 30-35%-ə çatır. "Cəbhat ən Nusra" terrorçu qruplaşması daha çox Suriyanın Hələb, Şam, İdlib, Deyr əz-Zor, Deraa, Əl-Qüneytrə, Rakka, Hama və Homs əyalətlərində fəaliyyət göstərir. 2017 -ci ilin avqustunda Suriyada terrorçuların sayı 15 mindən çox idi.

Əlbəttə ki, "Cəbhat ən Nusra" terror qruplaşmasının silahla təminatı müxtəlif kanallardan formalaşır. Qruplaşmanın silahlanmasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini göstərsələr də, terrorçular əsasən Rusiya istehsalı olan silahlardan istifadə edir. "Əl-Qaidə" tərəfindən də silah təminatını istisna etmək olmaz. Əsəd rejimınə qarşı mübarizə aparan digər qruplarla müqayisədə "Cəbhət ən-Nüsra" terrorçularının döyüş hazırlığının nisbətən yüksək səviyyədə olduğu qeyd olunur.

Bu təşkilatı ABŞ, Fransa, Avstraliya,Böyük Britaniya, Kanada, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya, BƏƏ, Türkiyə və Rusiya 2013- 2014-cu illərdə terror təşkilatı kimi tanıyıb.

Qruplaşmanın fəaliyyəti

"Cəbhət ən-Nüsra" terror qruplaşmasının tanınan terror aktlarından biri Suriyanın Maalula şəhərində 2013-cü ilin dekabrında xristian monastrında təhsil alan 12 monarx qızın qaçırılması olub. 2014-ci ilin martında əsirləri, Suriya hakimiyyətinin həbsdə olan silahlı müxalifət üzvlərinin azad olunması müqabilində Livan və Qətər vasitəçilərinə qaytardılar.

2014-cü ilin avqustun sonunda terrorçular BMT Qüvvələrinin tərkibində Colan təpələrində xidmət edən 45 nəfər Fiji vətəndaşlarından ibarət sülhməramlı dəstəni qaçırdılar. Yaraqlılar silah, sursat, avadanlıq və sülhməramlıların avtomobillərini də ələ keçirməyi bacardılar. Eyni ilin sentyabr ayında Qatar hökumətinin vasitəçiliyi sayəsində girovlar azad edildi.

Mart 2015-ci ildə "Cəbhət ən-Nüsra" terror qruplaşması və yeddi daha kiçik qrup ("Əhrar əl-Şam", "Liva al-Cihad" və başqaları) ilə "Ceyş əl-Fəth" adlı koalisiyada birləşdilər. Birləşmə zamanı koalisiyadakı terroçu sayı 10-12 min nəfərə çatdı.

May 2015-ci ildə qrupun lideri Əbu Məhəmməd əl-Culyani "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirdi ki, "Ceyş əl-Fəth" üzvləri ilə aramızda mövcud olan bir sıra ideoloji fərqlərə baxmayaraq hamı Əsəd rejimini devirmək üçün ümumi vahid məqsədə sadiqdir. Culyani Əsəd rejimini devirməklə yanaşı "Hizbullah" qruplaşması üzərində qələbə çalacaqlarını da bildirib.

"Cəbhət ən-Nüsra" lideri xristian və druzlara (Suriyada dini azlıqların sayı 11% təşkil edir) "tolerant" münasibət bəslədiklərini, lakin şiə Hafiz rejim qüvvələrindən 1981-ci ildə sünni nümayişlərinin ("Hama qırğını") yatırılmasının intiqamını alacaqlarını vurğulayıb.

Qruplaşmanın maliyyə mənbələri silah təmin edən ölkələrlə bərabər, Suriyadan kənarda yaşayan Əsədə müxalif şəxslərin ianələri və yerli ticarətdən gələn vəsaitlərdən ibarətdir. Halbuki Culyani xarici ölkələrdən maliyyə dəstəyi almadıqlarını dəfələrlə təkrarlayıb. 2016-ci ilin iyulunda "Cəbhət ən-Nüsra", idarəetmə orqanının qərarına əsasən, öz adını "Cəbhat Fəth əş-Şam"a dəyişərək "Əl-Qaidə"dən tam ayrıldı.

2017- ci ilin yanvarın 28-də "Cəbhat Fəth əş-Şam", "Liva əl-Haq", "Ceyş əl-Sünnə" "Cəbhat Ənsar əd-Din", "Hərəkat əd-Din az-Zinki" və digər terrorçu qruplaşmaların birləşdiyi "Həyat Təhrir əl-Şam" adlı "çətir" strukturunun yaradılması elan olundu. Qruplaşmanın lideri "Əhrar əş-Şam"qruplaşmasından fərarilik edən Əbu Cabir seçildi. Yetmişə yaxın terrorçu qruplaşmanı birləşdirən "çətir" strukturunun üzvlərinin sayı 25 minə çatdı. Beləliklə Hələb, Latakiya və Hamadan ibarət Böyük İdlib əyalətində Əsədə qarşı döyüşən iki böyük qruplaşma formalaşdı.

2017- ci ilin fevralın 25-də "Həyat Təhrir əl-Şam" yaraqlıları Şamdan 160 km şimalda yerləşən Suriyanın Homs şəhərində ilk terror aktını həyata keçirdilər: bir neçə terrorçu şəhər mərkəzində yerli güc strukturlarının binası yaxınlığında özlərini partlatdı. Ən az 34 adam öldü, bir neçə nəfər yaralandı. 2017-ci ilin martında Suriya ərazisinin təxminən 10-12%-nə nəzarət "Həyyat Təhrir əl-Şam" qrupaşmasına aid idi.

2017-ci ilin avqustunda terrorçular İdlib, Homs, Şərqi Quta, Əl-Qüneytrə və Deraa əyalətlərində iştirakını gücləndirərək əlavə ərazilər nəzarətə götürmək məqsədilə hüçumlara başladılar və məqsədlərinə qismən nail olurdular. 2017-ci ilin sentyabrın 20-də də terrorçular Suriya qoşunlarının Hama şəhərinin şimal və şimal-şərqindəki mövqelərinə qarşı geniş hücuma başladılar. Artıq ertəsi gün, Rusiya aviasiyasının dəstəyi ilə, Suriya ordusu yaraqlıların irəliləməsini dayandırdı və daha əvvəl işğal olunan bəzi əraziləri də geri qaytardı.

Sentyabrın 25-də Rusiya Hava Qüvvələri İdlib və Hama əyalətlərində terrorçuların mövqelərinə qarşı bir sıra hava hücumları həyata keçirdi. İdlib əyalətinin qərbindəki hava hücumlarından birində təlim düşərgəsi və qrupun komanda məntəqəsi dağıdıldı, 12 terrorçu məhv edildi. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var idi.

Əslində Suriyada belə terror koalisiyaları tez-tez formalaşır, dağılır və yaxud qısa müddət sonra adlarını dəyişir. Elə hallar da olur ki, bir hərəkat eyni vaxtda bir neçə ittifaqda yer alır. Suriyada baş verənləri araşdırıb qərar verənə qədər ittifaqın biri yaranır, digəri dağılır. Eyni zamanda vaxtilə bir cəbhədə döyüşənlər rahatlıqla istiqamətlərini dəyişərək bir-birinə qarşı savaşa da bilirlər.

Burada təbii ki, irimiqyaslı döyüşlərdən söhbət getmir, lakin lokal münaqişələr kifayət qədər baş verib. Sanki hansısa qüvvə münaqişənin uzanması və daha çox suriyalının ölməsi üçün münaqişənin bitməməsinə çalışır. 70 ildən çox müstəqillik tarixi olan Suriya dövləti, eləcədə digər region dövlətləri hegemon güclərin silahlandırdığı terrorçuların əli ilə göz qabağında məhv edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ən-Nüsra   İŞİD   Əl-Qaidə   Terror  

Xəbər lenti

Yaxın Şərqin "Əl-Qaidə"si: "Cəbhət ən-Nüsra"nın yaranması və hazırki fəaliyyəti – DOSYE

2018/02/23423423_1518678907.jpg
Oxunub: 1770     11:13     15 Fevral 2018    