ABŞ səfirindən sərt təpki... Vigenin adamları "Medialab"ı "Şarli Hebdo" ilə təhdid etdilər

2018/02/Richard-Mills345345_1517901430.jpg
Oxunub: 3592     15:11     06 Fevral 2018    
ABŞ-ın Ermənistandakı səfirliyi "Medialab"ın baş redaktorunun ünvanına edilən təhdidləri pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində yerləşdirilən bəyanatda deyilir:

"Mediaya qarşı hücumlar, məsələn, son günlərdə "Medialab"ın direktoruna ünvanlanan təhdidlər demokratiya üçün mətbuat azadlığına qarşı nifrət ifadələridir".

Sayt, Ermənistan müdafiə nazirinin karikaturasını nəşr edildikdən sonra "Facebook" istifadəçilərindən bir nəfər, nəşrin redaktoru Marianna Qrigoryanı təhdid edərək, ona Fransız satirika jurnalı olan "Şarli Hebdo" ilə əlaqədar baş verən hadisələri xatırladıb.

Qeyd edək ki, Fransadakı terror hücumu zamanı 12 adam ölüb, 10 nəfər isə yaralanıb.

"Medialab"ın redaktoruna qarşı təhdidlər davam etdirilərək, onu uşağı ilə hədələyiblər. Təhdidlərlə əlaqədar polis orqanlarına müarciət edilib.

Lakin təhdidlərin edilməsindən 7 gün keçsə də, İrəvan polisi tərəfindən qeyd edilən "Facebook" istifadəçisinin aşkarlanması barədə hər hansı bir məlumat yoxdur.

Redaktor, onu təhdid edən şəxsin yazışmalarının saxta profil üzərindən aparılmadığını bildirsə də, bir tədbir görülməyib. Hətta Qriqoryan, təhdid edən istifadəçinin telefon nömrəsini də müəyyən etdiyini bildirib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Ermənistan   Terror   Medialab   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin