Estoniya vətəndaşı hasara dırmaşaraq Rusiya sərhədini keçməyə cəhd edib

2026/06/1780594560.jpg
Oxunub: 210     21:31     04 İyun 2026    
Estoniya vətəndaşı Viru volostunda sərhəd hasarına dırmaşaraq Rusiya istiqamətində hərəkət etməyə çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Liuana prefekturasının mətbuat xidmətinin məlumatına görə, iyunun 3-də sərhədçilər sərhəd zonasında bir kişini müşahidə ediblər. Bir müddət sonra həmin şəxs hasarın üzərinə çıxaraq Rusiya istiqamətində hərəkət etməyə başlayıb.

Estoniya Sərhəd Xidməti hadisə barədə Rusiya sərhəd xidmətini məlumatlandırıb. Rusiya tərəfi daha sonra həmin şəxsin saxlanıldığını bildirib. Araşdırma zamanı onun Estoniya vətəndaşı olduğu müəyyən edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin