Tramp Putin və Zelenski arasında mümkün görüşlə bağlı danışıb

2026/06/1780636372.jpg
Oxunub: 157     09:10     05 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüş təklifinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Tramp bildirib ki, Putin və Zelenskinin görüş məsələsini müzakirə etməsi onu sevindirir.

“Onlar bunu etməlidirlər”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti müharibənin nizamlanması üçün Putindən hansı güzəştlərə getməsini istədiyini açıqlamayacağını qeyd edib.

“Onların hər ikisi güzəştlərə gedəcək. Bu güzəştləri təklif edən mən olmuşam”, - deyə Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski Vladimir Putinə açıq məktub ünvanlayaraq onunla görüş keçirməyi təklif etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Zelenski  


Bizi "telegram"da izləyin