Erməni əsgərin ayağını kəsib İrəvana köçürdülər

2018/01/4511141414_1515518087.jpg
Oxunub: 2631     01:15     10 Yanvar 2018    
İşğal altında olan Qarabağda yaralanan erməni hərbi qulluqçunu İrəvana köçürüblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda mina partlayışı nəticəsində yaralanan iki hərbi qulluqçudan birini, bu gün Xankəndindən Ermənistan müdafiə nazirliyinin mərkəzi hərbi hospitalına köçürüblər.

Qarabağdakı hərbi hospitaldan bildiriblər ki, hərbi qulluqçunun ayağı amputasiya edilib, vəziyyəti ağırdır və onun İrəvana köçürülməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, mina partlayışından yaralanan digər erməni hərbi qulluqçu, N. Marukyanın da ayağını amputasiya ediblər və o, yanvarın 8-də Ermənistan müdafiə nazirliyinin mərkəzi hərbi hospitalına köçürülüb. Hazırda vəziyyəti ağırdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin