Ermənistan ordusunda daha iki əsgər yaralanıb - DETALLAR

2018/01/0db90acc2d8f4d2f94274532d5fff066_1499494910345345_1512633379234_1515475151.jpg
Oxunub: 3314     13:20     09 Yanvar 2018    
Ermənistan ordusunda baş verən daha iki yaralı haqqında rəsmi məlumat verilməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 4-də işğal altında olan Qarabağda yerləşən qondarma qurumun şimal-şərq istiqamətindəki bölmələrdən birində mina partlayışı nəticəsində 2 hərbi qulluqçu yaralanıb.

Hadisə barədə rəsmi məlumat verilməyib. Erməni mətbuatının məlumatlarından məlum olur ki, yaralılardan biri Xankəndi hərbi hospitalında müalicə olunur. Yaralı erməni hərbi qulluqçusunun sağ ayağı amputasiya edilib və vəziyyəti orta ağırdır. Digər yaralı hərbi qulluqçu yanvarın 8-də İrəvan mərkəzi hərbi hospitalına təxliyyə edilib. Onun sol ayağı amputasiya edilib.

Qeyd edək ki, erməni mətbuatı yaralı əsgərin atasının xahişi ilə adını açıqlamır. Yaralı erməni əsgərin atası bildirib ki, hazırda oğlunun vəziyyəti ağır sabit olaraq qiymətləndirilib. O, hadisənin detalları barədə hələki məlumatının olmadığını qeyd edib.

Hadisənin baş verdiyini düşmən ordusunun hərbi tibb ekspertizasının əməkdaşı A.Nver təsdiq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Yaralı   Mina-parlayışı  


Bizi "telegram"da izləyin