Ermənistan MN itkiləri gizlədir: Cəbhədə nə baş verir?

2018/01/76_1515412044.jpg
Oxunub: 3220     19:32     08 Yanvar 2018    
Dünən Ermənistan işğalı altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissədə təxribat törətməyə cəhd edən bir erməni əsgəri məhv edilib, daha iki hərbçi isə yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən baş versə də, erməni ordusunun rəhbərliyi təfərrüatları gizlətməyə cəhd edib, lakin bu gün KİV-lərin məlumatı yaymasından sonra detalları açıqlamağa məcbur olub.

Qeyd edək ki, daha öncə təxribat törətməyə cəhd göstərən 1998-ci il təvəllüdlü 19 yaşlı Vaçe Çilinqaryan məhv edilib. Onun kiçik çavuş olması təsdiqini tapıb.

Hadisənin fərqinə vararaq Çilinqaryana kömək etməyə gələn baş leytenant E. Musinyan və onun sürücüsü, müqaviləli hərbçi D. Vanyan yaralanıblar.

Ağır xəsarət alan hərbçilər yaxınlıqda yerləşən hərbi xəstəxanaya aparılıblar. Hazırda hər iki hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   İtkilər   Qarabağ  


Bizi "telegram"da izləyin