Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Movses Hakobyan da rəsmi şəkildə bu məlumatı təsdiq edib.
Hakobyanın sözlərinə görə, Qarabağın şimal-şərq istiqamətində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki əsgər yaralanıb.
“Yaralananlardan biri bu gün öldürülən 19 yaşlı Vaçe Çilinqaryanın köməyinə gələn komandir, digəri isə komandirin ona yardım etməyə göstəriş verdiyi daha bir əsgərdir”, - deyə Hakobyan bildirib.
Xatırladaq ki, bu gün daha öncə erməni əsgər Vaçe Çilinqaryanın məhv edilməsi barədə xəbər təsdiqini tapdıqda, ən azı daha bir əsgərin də yaralandığı qeyd olunurdu.
Alpər Mövludoğlu
Ordu.az