"2018-ci ildə Qarabağda müharibə təhlükəsi yüksək olaraq qalır" - Felqenqauer

2018/01/Pavel-Felgengauer-23423432_1515254752.jpg
Oxunub: 3411     00:04     07 Yanvar 2018    
"2018-ci ildə Qarabağ münaqişəsi tərəfləri güzəştə getməyə maraq göstərməyəcəklər".

Ordu.az xəbər verir ki, bu barədə 168.am saytına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağ münaqişəsi zonasında gözləntiləri şərh edərkən deyib.

Felqenqauerin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp yeni bir təhlükəsizlik anlayışı ortaya qoyub və bu konsepsiya dünyada qeyri-sabitliyə aparır. Qərb Ukraynanı təhlükəli silahlarla təmin edir.

Rusiyalı hərbi ekspertinin fikrincə, tərəflər açıq-aydın bir-birinə əlcək atır, nəticədə məhdudlaşdırıcı əlamətlər yox olur.

Onun sözlərinə görə, Cənubi Qafqaz üçün ən təhlükəli ocaq Qarabağ münaqişəsidir. Bu münaqişənin yenidən baş qaldırılması ehtimalı çox yüksəkdir, eyni zamanda Rusiya və ABŞ-ın əməkdaşlıq etdiyi yeganə platformadır.

"Vasitəçilik edən ölkələr üçün bu münaqişə hələ də partlayış baş verməməsi üçün seçilməli bir mövzu olaraq qalır. Çünki bu münaqişə naminə hətta vasitəçilər də münaqişə ilə bağlı aralarındakı ziddiyətləri bir kənara qoymağa və tərəfləri münaqişənin həllinə məcbur etməyə tamamilə hazır deyillər. Lakin bunun tək platforma olduğunu dərk edərək, bəlkə vasitəçi səylərini fəallaşdırarlar. Münaqişə tərəflərinin özləri də maraqlı deyildilər və hər üç Cənubi Qafqaz ölkəsində seçkilər ili olduğuna görə, hələ də 2018-ci ildə münaqişənin həllinə və ya güzəştə getməyə maraqlı deyillər", - deyə Felqenqauer bildirib.

O, müharibənin tərəflər üçün əlverişli olmadığını, lakin müharibə təhlükəsinin yüksək olaraq qaldığını qeyd edib: "Burada iqtidar elitalar öz iradələrini digər tərəfə diktə etmək üçün əzm və diplomatik uğur göstərməlidir. Amma eyni vəziyyətdən irəli gələrək, demək olar ki, müharibə tərəflər üçün əlverişli deyil, ancaq müharibə təşəbbüsü bəzən elitalardan asılı olmadığına görə, bu təhlükə yüksək olaraq qalır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar   Müharibə  


Bizi "telegram"da izləyin