Ölən erməni hərbçi aprel döyüşlərində bölük komandiri olub - FOTOLAR

2018/01/default324234_9091407240.jpg
Oxunub: 3528     18:26     06 Yanvar 2018    
Bu gün ölən müqaviləli erməni hərbi qulluqçusu Mher Ziroyan Gümrü şəhər sakini olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun qohumu Artur Ziroyan məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən döyüş növbətçiliyindən qayıdan erməni hərbi qulluqçusu hamamda çimərkən dəm qazından boğulub. O, bu gün evə getməyə hazırlaşırdı.

Ölən erməni hərbi qulluqçusunun qohumu əlavə edib ki, Mher Ziroyan Hadrutda qulluq edirdi. O, aprel döyüşlərinin iştirakçısı olub və yaralanıb. Məlumata görə, döyüşlər zamanı o, bölük komandiri olan Ziroyan Vazgen Sarkisyan adına hərbi məktəbin məzunu olub.

Xatırladaq ki, bu gün saat 02:10 radələrində, ilkin məlumata görə dəm qazından zəhərlənmə nəticəsində işğal altında olan Qarabağda yerləşən qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.

Alpər Mövludoğlu







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm   Qarabağ  


Bizi "telegram"da izləyin