Qarabağda erməni hərbçi ölüb

2018/01/234234234_1515228585.png
Oxunub: 4174     16:48     06 Yanvar 2018    
İşğal altında olan Qarabağda erməni hərbi qulluqçusu ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 02:10 radələrində işğal altında olan Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.

İlkin məlumata görə, erməni əsgər dəm qazından zəhərlənmə nəticəsində ölüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Qarabağ  


Bizi "telegram"da izləyin