Rusiyalı hərbi ekspert: "Qarabağ danışıqlarını müvəffəqiyyət kimi təsvir etmək çətindir"

2018/01/120832345345_1515216731.jpg
Oxunub: 2416     14:07     06 Yanvar 2018    
"Danışıqlar prosesi baxımdan irəliləyiş əldə edilsə də, tərəflərin razılaşmasında əhəmiyyətli irəliləyiş yoxdur".

Ordu.az xəbər verir ki, bu barədə 168.am saytına müsahibəsində rusiyalı hərbi ekspert Vladimir Yevseyev Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə və həll danışıqlarına münasibət bildirərkən deyib.

Yevseyevin sözlərinə görə, hər iki tərəfə itkilərin qeydə alınması davam etsə də, münaqişə zonası 2017-ci ildə nisbətən sakit keçib. Müzakirə prosesini müvəffəqiyyət kimi təsvir etmək isə çətindir.

"Danışıqlar nəticəsində çətinliklər olsa da ilin sonunda Cenevrədə prezidentlərin, daha sonra nazirlərin görüşünü təşkil etmək mümkün olub, bunu müvəffəqiyyət hesab etmək olar. Danışıqlar prosesi baxımdan irəliləyiş əldə edilsə də, tərəflərin razılaşmasında əhəmiyyətli irəliləyiş yoxdur", - deyə Yevseyev bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar   Erməni-işğalı  


Bizi "telegram"da izləyin