"Bütün yunanlar yalançıdır": Qarabağın dağlıq hissəsinin işğalında ABŞ faktoru

2017/12/931c51a7-2541-4f26-bcf5-61fe45a1c9ff6456_1514463548.jpg
Oxunub: 499     20:14     28 Dekabr 2017    
Daha öncə xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi işğal edilib. Qəsəbənin işğalı ilə Xankəndi və ətraf ərazilərin də işğalı başa çatdırılıb.

Xankəndi və ya Qarabağın dağlıq hissəsinin digər bölgələrinin işğalı, şimalda Kəlbəcər, cənubda Ağdam kimi rayonların işğalı kimi aktiv əməliyyatlarla həyata keçirilməyib. Azərbaycan ərazisində yaşayan əhalini qovaraq, etnik təmizləmə həyata keçirdikdən sonra qanunsuz "referendum"un keçirilməsi, əslində ümumən Qarabağın dağlıq hissəsinin işğalının başlanğıcı olub. Yəni burada əsas məsələ bölgədə döyüşlərin aparılması deyil, masalar ətrafında bölgənin bölüşdürülməsindən gedir. Ermənistanın münaqişənin başlanğıcında qlobal güclərdən böyük dəstək alması əslində Xankəndinin işğalını çoxdan hazırlamışdı.

Belə ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR-nin ali şurası və qondarma idarəçiliyin "şurası"nın birgə iclasında Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşməsi haqqında qanunsuz qərar qəbul edilir. Araşdırmalara görə, Qarabağın Ermənistana birləşdirilməsi qərarına ABŞ senatında qəbul edilən vacib bir sənəd böyük təkan verib.

1989-cu il noyabrın 19-da ABŞ senatının xarici əlaqəlar komissiyası SSRİ rəhbərliyinə münaqişənin həllində vilayətin "böyük əksəriyyətini" təşkil edən əhalinin iradəsini ifadə edən qərarın verilməsinə çağırış edib.

Əlbəttə, Moskva Senatın xarici əlaqələr komissiyasının qərarına sərt reaksiya verərək, bunu SSRİ-nin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Lakin Senatın bu qərarı sözügedən "birləşmə" qərarına böyük təsir edib. Yəni Qarabağın dağlıq hissəsinin işğalına böyük şərait yaradaraq, faktiki olaraq, separatçılara dəstək nümayiş etdirib.

Bu baxımdan əsas diqqətimizi "işğaldan 26 il keçib" kimi sözlərə deyil, onu yaradan və günümüzə qədər çatdıran səbəblərə yönəltməliyik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ   SSRİ  


Bizi "telegram"da izləyin